Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun ucqar dağ kəndlərindən olan Biləsərdə səyyar qəbul-görüşü baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 avqust tarixində verir.
Sakinlər tərəfindən qaldırılan və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlərin yerindəcə həllindən ötrü müvafiq göstərişlər verilib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.
Qeyd edək ki, açıq havada baş tutan səyyar qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştira ediblər.