Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Aşura günündə şəhidlərimizin şəhərin Şəhidlər xiyabanı, Kiçik Bazar və Şilavar qəbiristanlıqlarındakı məzarlarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 iyul tarixində verir.
İcra Hakimiyyətinin başçısı, icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhid ailələrinin üzvləri ilə birgə şəhidlərin məzarlarını ziyarət edib, önünə tər çiçəklər düzüb, ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, Lənkəran rayonun digər yaşayış məntəqələrindəki şəhidlərin məzarları da İcra Hakimiyyəti aparatının məsul şəxslərinin iştirakı ilə ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.