2023-cü ilin altı ayı ərzində Lənkəran-Astara iqtisadi rayonunda 315 yeni iş yeri açılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 avqust tarixində Statistika Komitəsinə istinadən verir.
Belə ki, ölkə üzrə yeni açılmış iş yerlərinin 0,8 faizi Lənkəran-Astara iqtisadi rayonlarının payına düşüb.
Bu dövr ərzində say etibarilə ən çox iş yeri Lənkəranda (125), daha sonra Masallıda (93), Astarada (73), Yardımlı və Cəlilabadda (hər birində 11) yaradılıb. Ən az iş yeri isə Lerikdə (2) yaradılıb.
Qeyd edək ki, bu dövr ərzində ölkədə 38,9 min yeni iş yeri açılıb ki, onların 93,4 faizi qeyri-dövlət sektoruna aiddir.