Paytaxtın Yasamal rayonunda binadan yıxılan gənc oğlan ölüb.
Hadisə ötən gün qeydə alınıb.
Salyan rayon sakini Şirməmməd Atayev çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib.
Məlumata görə, Şirməmməd Atayev məşhur aşpaz Azər Atayevin yeganə oğlu olub. O, 3-cü kurs tələbəsi idi. Mərhumun anası isə kollecdə müəllim kimi çalışır.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Musavat.cоm