Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zəncirvari qəza zamanı "İnfiniti", "Mazda", "VAZ-2107" markalı avtomobillər və mikroavtobus toqquşub.
Qəza nəticəsində Qaraçala qəsəbə sakinləri - İsmayılov Nemət İbrahim oğlu, Əhmədov Ərəstun Ramazan oğlu və daha üç nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.аz