Milli Məclisin sədri Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib.
Azertag.аz xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla spiker Azərbaycanın ictimai-siyasi həyatında böyük xidmətlərinə görə mükafata layiq görülüb.