Avqustun 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Cenublu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarında hav şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.