Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Cenublu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 27-30-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Neftçala, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, İmişli, Saatlı və Sabirabadda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.