Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Cenublu.az -a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın şəhər və rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 22-27° isti olacaq.