Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 fevral tarixində verir.
Görüş Musakücə ərazisinin sakinləri ilə baş tutub.
Qəbulda Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti barədə məlumat verib.
Daha sonra rayon rəhbəri vətəndaşların müraciətlərini dinləyib. Məsələlərdən bir neçəsi yerindəcə həll edilib, digər məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.