Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati binasında görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 avqust tarixində verir.
Görüş Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müdiri Bəxtiyar Qılıncov və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə baş tutub.
İdarələr arasında əməkdaşlıq və gələcəkdə keçiriləcək müxtəlifyönümlü tədbirlərin keçirilməsi ilə bağlı memorandum imzalanması ilə bağlı razılıq əldə olunub.