Lənkəran şəhər Mərkəzi Kirabxanasının kollektivi Ramazan bayramı münasibətilə şəhid Mais Abbasovun ailəsini ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 aprel tarixində verir.
Əvvəlcə ziyarətçilər şəhidin xatirə lövhəsinin qarşısında ruhuna dualar oxuyublar.
Görüşdə Mais Abbasovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılıb.
Həmçinin şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağı, heç bir zaman unudulmayacağı və dövlətimizin daim şəhid ailələrinin və qazilərin yanında olduğu qeyd olunub.