Sabah Ramazan ayının on yeddinci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 17-si üçün namaz vaxtları:
🌙Sübh azanı – 05:28;
🌙Zöhr azanı – 12:49;
🌙Əsr azanı – 17:03;
🌙Məğrib azanı – 19:04;
🌙İşa azanı – 20:05.
İmsak duası:
“Bismillahir-Rahmanir-Rahim. Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!”
Tərcüməsi:
“Mərhəmətli, Rəhmli Allahın adı ilə! İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları Bilən! Muhəmmədə və onun pak ailəsinə salavat və rəhmət bəxş elə!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Qeyd: Dərc edilən vaxtlar Bakı şəhərinə aiddir. Cənub bölgəsinin digər rayonlarında dəqiq namaz vaxtlarını bilmək üçün aşağıda qeyd edilən dəqiqələri yuxarıdakı namaz vaxtlarına əlavə etmək lazımdır:
Astara +4, Biləsuvar +5, Cəlilabad +6, Lənkəran +5, Lerik +7, Masallı +5, Yardımlı +8 dəqiqə.
Allah orucunuzu qəbul eləsin!