Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun 2024-cü ilin aprel ayında keçirəcəyi səyyar qəbulların cədvəli məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 mart tarixində verir.
Belə ki, səyyar qəbul-görüşlər aprelin 3-də Üçtəpə kəndində yerləşən şadlıq evində, aprelin 9-da Zopun kənd tam orta məktəbinin akt zalında, 17-də Seyidbazar kənd klubunun akt zalında, 24-də isə Şabanlı kənd Mədəniyyət Evinin akt zalında baş tutacaq.
Qeyd edək ki, görüşlər saat 15:00-da başlayacaq.