Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov vətəndaşları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 mart tarixində verir.
Görüş Mirzəli kəndində baş tutub. Burada rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbulda sakinlərin arzu və təklifləri dinlənilib. Vətəndaşları narahat edən bəzi məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.