Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimovla birlikdə Maşlıq kəndi ərazisində əkin sahələrinə baxış keçirib və məhsuldarlıqla tanış olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 aprel tarixində verir.
Rayon rəhbəri əkinçiliklə məşğul olan fermerlərlə məhsuldarlığın daha da artırılması, təsərrüfatlarda müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsi və məhsul satışı ilə bağlı fikir mübadiləsi aparıb.
Əkin sahələrinə baxış keçirən rayon rəhbəri aidiyyəti şəxslərə müvafiq göstəriş və tapşırıqlarını verib, eyni zamanda bol məhsul yığımında fermerlərə uğurlar arzulayıb.