Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının Məlikqasımlı kəndində səyyar qəbulu baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 iyul tarixində verir.
Səyyar qəbul mövcud problemlərin yerindəcə həllini sürətləndirmək məqsədilə keçirilib. Vətəndaşların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.
Qeyd edək ki, keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.