Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Eçara kənd sakinləri ilə səyyar qəbul-görüşü baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün 3 avqust tarixində verir.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımı izah verilib.
Qeyd edək ki, görüşdə rayonun hüquq-mühafizə orqanları, xidmət və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.