Cəlilabad rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyun tarixində verir.
Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbində baş tutan tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, şəhid ailələri, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxışlarda məktəbi bitirən şagirdlər təbrik ediliblər, onlara Vətənə və millətə layiq övlad olmalarını arzu olunub.
“Son zəng” tədbiri məktəblilərin göstərdikləri müxtəlif rəqs nümunələri ilə davam edib.