top
Qızı ilə birgə Lənkəran Peşə Liseyində təhsil alan Sevinc Fərzəliyevanı tanıyaq
08 mart 2024, 03:16
- ↺ +

Qızı ilə birgə Lənkəran Peşə Liseyində təhsil alan Sevinc Fərzəliyevanı tanıyaq

Lənkəran Peşə Liseyinin məzunu, “Azərxalça” ASC-nin Lənkəran filialının əməkdaşı Sevinc Fərziyevanı tanıyaq.

Sevinc Fərziyeva 1975-ci ildə Lerik rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra ailə həyatı qurub, Lənkəran şəhərinə köçüb. Dörd övlad anası olan qəhrəmanımız deyir ki, 6 il əvvəl kiçik qızından sonra onda peşə təhsilinə maraq yaranıb:

“Böyük qızım Lənkəran Dövlət Universitetinin, ortancılı isə Astara Pedaqoji Kollecinin məzunudur. Üçüncü qızım ali məktəbə qəbul ola bilmədi, peşə təhsilinə üz tutdu. Qonşumuz Vəfa müəllim bizə dedi ki, peşə liseyində xalça qrupu açılıb. Qızımı qeydiyyat üçün peşə liseyinə aparanda özümdə də həvəs yarandı. Düşündüm ki, yaşıma görə məni qəbul edərlərmi? Həyat yoldaşımla məsləhətləşdim, razılığını aldım. Qızımla birlikdə xalça qrupuna sənəd verdik, qəbul etdilər. Orada bir il təhsil aldıq, xalça toxumağı öyrəndik. Təhsili başa vurduqdan sonra bizi burada açılan yeni “Azərxalça” ASC-nin Lənkəran filialına işə götürdülər. İşlədik, uğurlarımız oldu, qızımla birlikdə şərəf lövhəsində adımız yer aldı”.

Sevinc Fərziyeva 4 ildən artıqdır ki, xalça toxuyur:

“Məndən sonra qonşularımızdan da xanımlar peşə təhsilinə – xalçaçılığa üz tutdular. Bu peşə xalça toxumayan adama çətin görünür. Amma öyrəndikdən sonra toxuduqca elə gözəlliklər yaradılır ki... Rənglər, adətən, verilən çeşni üzərində qeyd edilir. Əgər çeşni yoxdursa, xəyal gücünə, zövqünə görə xalçanın rənglərini seçirsən”.

Sevinc xanım bildirib ki, toxuduqları xalçalar xaricə ixrac olunur:

“Hazırda ipək, yun-ipək qarışıqlı xalçalar toxuyuruq. Xalçalarımız, adətən Amerika, İsveçrə kimi Avropa ölkələrinə göndərilir”.

O peşə təhsili almaq istəyənlərə tövsiyələrini verib:

“Hazırda oğlum hərbi xidmətdədir. Qızlarımı oxutsam da, oğlum ali təhsil ala bilməнши. İstəyirəm ki, o da peşə təhsili alsın. Bizə peşə təhsilini fərqli tanıtmışdılar. Deyirdilər ki, peşə liseyi öyrətmir, vaxt itkisidir. Amma tam əksinin şahidi oldum. Bir il ərzində peşə liseyində gördüm ki, hər sahəni dərinliyinədək öyrədirlər. Əgər kiminsə övladı təhsil almayıbsa, heç olmasa ona bir peşə versin”.

Mənbə: Azərtac

Son xəbərlər

Kriminal
Bu gün, 11:14

150 min manatlıq dələduzluq: Lənkəranda şübhəli şəxs saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:49

Cəlilabadda turşu hazırlayan qadın bıçaq yarası aldı

Siyasət
Bu gün, 10:13

DİN: Son bir ayda at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəmiyyət
Bu gün, 09:49

Cəlilabadda ev yanıb

Bütün xəbərlər
Bu gün, 09:17

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
Dünən, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Dünən, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 14:30

Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

Bütün xəbərlər
Dünən, 13:59

Lənkəranda bərələr tutulub, yağış suyu həyətlərə dolur

İqtisadiyyat
Dünən, 13:35

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

İdman
Dünən, 13:00

Lənkəran və Masallıda taekvondo şousu keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:50

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Dünən, 11:17

Sabirabadda həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 10:45

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:10

İmişli Şəkər Zavodunda yanğın olub

Bütün xəbərlər
Dünən, 09:35

Lənkəranda yanğın olub - VİDEO

Bütün xəbərlər
Dünən, 09:00

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət
27 sentyabr 2026, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Oxşar xəbərlər