top
Qitənin ən güclü idmançısı, yarışaların birində zədə alan lənkəranlı Rüstəm İmanzadəni tanıyaq
25 mart 2024, 07:39
- ↺ +

Qitənin ən güclü idmançısı, yarışaların birində zədə alan lənkəranlı Rüstəm İmanzadəni tanıyaq

Rüstəm İmamzadə 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 9 yaşından ağır atletika ilə məşğul olmağa başlayır. 4 ay məşğul olduqdan sonra artıq yarışlara qatılır. İlk yarışında təkanqaldırmada 18 kq, birdənqaldırmada isə 15 kq qaldıraraq çempion olur.11 yaşında yığma komandaya cəlb olunur. İlk beynəlxalq yarışı Belarusda baş tutur. O, yarışda zədəli olduğu üçün 3-cü yerin sahibi olur. 14 yaşı olarkən Dünya çempionatında qolundan zədə alır. Məşqçi-müəllimləri və həkimlər ona bir müddət idmandan uzaqlaşmağı bildirsələr də, o gizlincə 2013-cü ilin sentyabrında baş tutacaq Avropa çempionatına hazırlaşır. Orada o, 3 qızıl medal qazanır, 3 rekorda imza atır və qitənin ən güclü idmançısı seçilir.

Sonuncu qatıldığı yarışda 148 kiloqram ağırlığı qaldıranda qolu zədələnir və ağırlıq belinə düşür:“Artıq doqquz ilə yaxındır ki, yeriyə bilmirəm. Mənim ən çox qaldırdığım ağırlıq 155 kq olub. Ancaq təəssüf ki, zədəni 148 kq ağırlığı qaldırarkən aldım. Məni zədələnməyimdən daha çox, o çəkini qaldıra bilməməyim sarsıtdı. Həmin an şiddətli ağrı hiss etsəm də, düşünmədim ki, yeriyə bilməyəcəyəm. Xəstəxanada gözümü açanda artıq ayağımı hiss etmirdim. Həkimlər dedilər ki, əgər ilk altı ayda ayaqlarında hərəkət olarsa, yerimək şansın çoxdur. Mən o anda sadəcə sağalıb yenidən idmana qayıtmaq barədə düşünürdüm. Bu, indi də belədir. İnanıram ki, ayaqlarım sağalacaq və mən yenidən idmana qayıdacağam”.

25 yaşlı Rüstəm İmamzadəni hərbi xidmətə yararsız kimi yazmaq istəsələr də, o bununla razılaşmır. Çünki inanır ki, yenidən sağalıb idmana qayıda və hərbi xidmətə yollana biləcək. Onun ən böyük arzusu Olimpiya çempionu medalını qazanmaqdır.Qeyd edək ki, bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən ona ev bağışlanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
Dünən, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Dünən, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 14:30

Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

Bütün xəbərlər
Dünən, 13:59

Lənkəranda bərələr tutulub, yağış suyu həyətlərə dolur

İqtisadiyyat
Dünən, 13:35

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

İdman
Dünən, 13:00

Lənkəran və Masallıda taekvondo şousu keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:50

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Dünən, 11:17

Sabirabadda həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 10:45

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:10

İmişli Şəkər Zavodunda yanğın olub

Bütün xəbərlər
Dünən, 09:35

Lənkəranda yanğın olub - VİDEO

Bütün xəbərlər
Dünən, 09:00

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət
27 sentyabr 2026, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
27 sentyabr 2026, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
27 sentyabr 2026, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
26 sentyabr 2026, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
26 sentyabr 2026, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
26 sentyabr 2026, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Oxşar xəbərlər