top
Qəzənfər Ağayev Səlivə kəndində səyyar qəbul keçirib
09 aprel 2024, 01:43
- ↺ +

Qəzənfər Ağayev Səlivə kəndində səyyar qəbul keçirib

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şuvi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Səlivə kəndində əhali ilə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 aprel tarixində verir.

Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər. İcra başçısı qeyd edib ki, son illər kənddə çoxlu işlər görülüb:

“Yollar bərbad vəziyyətdə olduğundan əvvəllər bu kəndə çətinliklə gələrdik. Müraciətiniz əsasında dəstəyimizlə kənd ara yollarına çınqıl döşənib, elektrik xətt təsərrüfatında təmir işləri aparılaraq elektrik enerjisinin fasiləsiz verilişi təmin olunub. Ən böyük problemlərdən biri olan, uzun müddət hər birimizi narahat edən kəndə qaz çəkilişi məsələsi, nəhayət ki, həllini tapıb. Qaz xəttinin çəkilişi tam başa çatdırılıb, yaxın günlərdə açılışı olacaq. Bu, cənab Prezidentin siz sakinlərə ən böyük hədiyyəsidir. Bu kəndlə yanaşı, hazırda Vənəşikəş, Noyabud və Burzubənd kəndlərinə də təbii qaz xəttinin çəkilməsinə başlanılıb”.

Kənddə böyük problemlərin qalmadığını qeyd edən icra başçısı sakinlərə respublikada ilk dəfə bu ərazidə yaradılan avokado və digər meyvə bağlarında çalışmaqla yanaşı, təcrübə toplayaraq öz təsərrüfatlarında da bu ekzotik meyvə sortlarından yetişdirməyi tövsiyə edib.

Tədbirdə çıxış edən sakinlər görülən işlərlə yanaşı, kənddə əlavə elektrik transformatorunun qoyulmasına, məişət tullantılarının yığılmasından ötrü sosial işçinin ayrılmasına, maddi imkanı olmadığına görə fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilib, qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib.

Son xəbərlər

Kriminal
Bu gün, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Bu gün, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Bu gün, 14:30

Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

Bütün xəbərlər
Bu gün, 13:59

Lənkəranda bərələr tutulub, yağış suyu həyətlərə dolur

İqtisadiyyat
Bu gün, 13:35

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

İdman
Bu gün, 13:00

Lənkəran və Masallıda taekvondo şousu keçiriləcək

Bütün xəbərlər
Bu gün, 12:30

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Bütün xəbərlər
Bu gün, 11:50

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Bu gün, 11:17

Sabirabadda həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 10:45

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 10:10

İmişli Şəkər Zavodunda yanğın olub

Bütün xəbərlər
Bu gün, 09:35

Lənkəranda yanğın olub - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:00

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət
Dünən, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
Dünən, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
Dünən, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
26 sentyabr 2026, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
26 sentyabr 2026, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
26 sentyabr 2026, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Cəmiyyət
26 sentyabr 2026, 15:38

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində təlim keçirib

Oxşar xəbərlər