top
Qəzənfər Ağayev Lovayın yaşayış massivində sakinlərlə görüş keçirib
10 aprel 2024, 00:56
- ↺ +

Qəzənfər Ağayev Lovayın yaşayış massivində sakinlərlə görüş keçirib

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbul-görüşü Kijəbə qəsəbəsinin Lovayın yaşayış massivində keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 aprel tarixində verir.

Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

İcra başçısı kənd Lovayında son zamanlar görülən işlər haqda danışıb.

Belə ki, kəndin əsas avtomobil yolu asfaltlanıb, qazlaşma, elektrik enerjisi ilə fasiləsiz təminat və digər vacib məsələlər öz həllini tapıb.

“Buranın camaatı zəhmətsevər, torpağa bağlı insanlardır. Bilirəm ki, burada sitrus bağçılığı ilə yanaşı, xeyli insan calaq, dekorativ bitkilərin yetişdirilməsi ilə məşğuldur və rayonumuzla yanaşı, respublikanın hər yerinə yetişdirdikləri tingləri sata bilirlər”.

İcra başçısı qeyd edib ki, qonşu Səlivə-Sərək ərazisində 120 hektarda yeni bağ salınır:

“Keçən həftə orada 40 hektarda salınmış avokado bağında olmuşam. Bu ekzotik meyvə bağı respublikamızda bir ilkdir. Onun yetişdirilməsini də öyrənmək və yaymaq lazımdır. Bununla yaxşı gəlir əldə edə bilərsiniz”.

İcra başçısı kəndin torpaqlarının subtropik və sitrus bitkiçiliyi üçün olduqca əlverşli olduğunu vurğulayaraq boş qalan hər qarış torpağın əkilməsinin vacibliyini, bunun insanların ailə büdcəsinə böyük səmərə verəcəyini diqqətə çatdırıb.

Sakinlər görülən işlər üçün minnətdarlıq bildirərək, həmçinin 800 metrə yaxın avtomobil yolunun asfaltlanmasına, elektrik xətt təsərrüfatının yenilənməsinə, Lovayın kənd tam orta məktəbi üçün yeni binanın tikilməsinə, məhəllələrindən keçən qaz borusunun təmir edilməsinə və qaz xəttinin çəkilməsinə, avtomobil körpüsünün təmirinə köməklik göstərilməsini xahiş ediblər.

İcra başçısı görüş zamanı qaldırılan müəyyən məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verib, digər məsələlərin həlli barədə müzakirələr apararaq müvafiq qərarların qəbul ediləcəyini bildirib.

Son xəbərlər

Kriminal
Bu gün, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Bu gün, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Bu gün, 14:30

Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

Bütün xəbərlər
Bu gün, 13:59

Lənkəranda bərələr tutulub, yağış suyu həyətlərə dolur

İqtisadiyyat
Bu gün, 13:35

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

İdman
Bu gün, 13:00

Lənkəran və Masallıda taekvondo şousu keçiriləcək

Bütün xəbərlər
Bu gün, 12:30

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Bütün xəbərlər
Bu gün, 11:50

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Bu gün, 11:17

Sabirabadda həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 10:45

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 10:10

İmişli Şəkər Zavodunda yanğın olub

Bütün xəbərlər
Bu gün, 09:35

Lənkəranda yanğın olub - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:00

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət
Dünən, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
Dünən, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
Dünən, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
26 sentyabr 2026, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
26 sentyabr 2026, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
26 sentyabr 2026, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Cəmiyyət
26 sentyabr 2026, 15:38

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində təlim keçirib

Oxşar xəbərlər