Lənkəranda Rusiya vətəndaşlarının meyitləri tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 aprel tarixində verir.
Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 50 yaşlı Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı, 45 yaşlı Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb.
Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldikləri bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və evdə meyitlərini aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə, ər və arvad dəm qazından boğularaq ölüblər.