Paytaxtın Sabunçu rayonu ərazisində oğurluq hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 avqust tarixində verir.
Belə ki, Bakı şəhər sakini olan bir qadının içərisində pulu, bank kartları, sənədləri və 3000 manat dəyərində mobil telefonu olan çantası oğurlanıb. Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Masallı rayon sakini K.Məhərrəmov, Salyan rayon sakini R.Abdullayev və Sumqayıt şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.