Bu gün Azərbaycanın tanınmış rəssamı, Neftçala rayonunun yetirməsi Sakit Məmmədovun doğum günüdür.
1958-ci il avqustun 5-də anadan olan Sakit Məmmədov uşaqlıq arzusu olan rəssamlıq sənətini peşəyə çevirərək Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, daha sonra isə İlya Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasında təhsil alıb.
Portret, mənzərə və məişət janrlarında yaratdığı çoxsaylı əsərlərlə tanınan rəssam özünəməxsus yaradıcılıq üslubu ilə Azərbaycan təsviri sənətində xüsusi yer tutur. Onun əsərləri ölkə daxilində və xaricdə keçirilən sərgilərdə nümayiş etdirilib.
Sakit Məmmədov UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının akademiki olmaqla yanaşı, bir sıra beynəlxalq mükafat və ordenlərlə təltif edilib.