Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusunun təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Cenublu.az xəbər verir ki, sərəncama əsasən, Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Məmmədov "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Təltif dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə həyata keçirilib. Prezidentin imzaladığı sərəncamla ölkənin müxtəlif bölgələrində çalışan bir sıra dövlət qulluqçuları da mükafatlandırılıb.