“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinə tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 mart tarixində verir.
Öhtəliklər:
- Yeni açılacaq icma mərkəzinin yerləşdiyi məktəbə yaxın ərazidə (daimi) yaşamaq;
- 3-5 yaşlı uşaqların məktəbəqədər təhsili ilə məşğul olmaq;
- Həftədə 4 dəfə 2-2,5 saat olmaqla tədris prosesini təşkil etmək.
Qeyd edək ki, ali və ya orta ixtisas təhsilli namizədlərə, xüsusən də erkən uşaqlıq təhsili və ya əlaqəli sahələrdə ixtisasları olan namizədlərə üstünlük verilir.
Müraciət qaydaları və seçim mərhələləri:
- Elektron müraciət formasının doldurulması;
- Uyğunluq meyarlarına cavab verən namizədlər imtahan mərhələsinə dəvət olunurlar;
- İmtahanın keçiriləcəyi yer, tarix və saatı barədə əvvəlcədən namizədlərə məlumat verilir;
- Müsabiqə mərhələsi;
- Müsahibə mərhələsi.
Müraciət üçün son tarix: 4 aprel.
Qeydiyyatdan keçmək üçün linkə keçid etmək lazımdır.
Layihə Təhsil İnstitutu tərəfindən həyata keçirilir.