top
Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ - Hər addımınız izlənəcək!
19 avqust 2026, 13:30
- ↺ +

Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ - Hər addımınız izlənəcək!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2026-cı il sentyabrın 1-dən etibarən Rusiyanın Moskva şəhərinə və Moskva vilayətinə vizasız gələn əcnəbi vətəndaşlardan "Amina" mobil tətbiqini quraşdırmaq tələb olunacaq.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Amina" tətbiqi miqrantların Rusiyaya girişinin və ölkə daxilində hərəkətlərinin rəqəmsal nəzarətdə saxlanılması məqsədilə yaradılıb. Əcnəbilər tətbiq vasitəsilə yaşadıqları ünvan və həmin ünvanda dəyişiklik barədə daxili işlər orqanlarına məlumat verməlidirlər.

Tətbiqin quraşdırılması 2025-ci ilin sentyabrından Moskvaya və Moskva vilayətinə iş məqsədilə gələn əcnəbilər üçün məcburi edilib.

"Miqrasiya Mərkəzi"nin baş direktoru Anton İqnatov daha əvvəl bildirmişdi ki, 2026-cı ilin sentyabrından iş məqsədi daşımayan səbəblərlə Rusiyaya gələn və ölkədə 90 gündən artıq qalacaq əcnəbilər üçün də "Amina" tətbiqinin quraşdırılması tələb olunacaq.

Rusiya DİN-in məlumatına görə, yeni qayda əsasən Moskva və Moskva vilayətində təhsil alan tələbələrə, eləcə də əmək miqrantlarının ailə üzvlərinə şamil ediləcək.

Siyahıda Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukrayna vətəndaşları da yer alır.

Bu isə Rusiyaya gedən və 90 gündən artıq qalmağı planlaşdıran azərbaycanlı tələbə və miqrant ailə üzvlərinin də "Amina" sistemindən istifadə etməli olacağı anlamına gəlir.

Tələbə, ailə üzvü və digər kateqoriyalara aid şəxslərin tətbiq vasitəsilə yaşayış ünvanları və geolokasiya məlumatlarının təqdim edilməsi nəzərdə tutulur.

Tələb Belarus vətəndaşlarına, yetkinlik yaşına çatmayanlara, diplomatlara və onların ailə üzvlərinə, həmçinin beynəlxalq təşkilatların əməkdaşlarına şamil edilməyəcək.

Rusiya DİN-in məlumatına görə, 2025-ci ilin dekabrında Moskvada 139 mindən çox miqrant "Amina" tətbiqi vasitəsilə ötürülməli olan geolokasiya məlumatlarının olmaması səbəbindən miqrasiya qeydiyyatından çıxarılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
Dünən, 17:32

Azərbaycanda yeni dələduzluq üsulu: Süni intellektlə yaxınlarının səsini təqlid edirlər

Kriminal
Dünən, 16:20

Lənkəranda oğul paltaryuyan maşına görə anasını döydü

Bütün xəbərlər
Dünən, 15:40

Lənkəranın yetişdirdiyi sənər adamları

Bütün xəbərlər
Dünən, 15:00

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Bütün xəbərlər
Dünən, 14:15

Lənkəran çayının sahili zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 13:30

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:20

Lerikli şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:45

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Kriminal
Dünən, 11:07

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

İdman
Dünən, 10:30

Lənkəranlı idmançı ABŞ-də rəqibini nokaut etdi

Bütün xəbərlər
Dünən, 09:57

Biləsuvarda qəza baş verib – ölən var

Bütün xəbərlər
Dünən, 09:21

Astarada kişi pilləkəndən yıxılaraq ölüb

Siyasət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Siyasət
Dünən, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Bütün xəbərlər
19 oktyabr 2026, 17:54

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi

Kriminal
19 oktyabr 2026, 17:30

Şantajda təqsirləndirilən iki sayt rəhbəri ilə bağlı QƏRAR

Bütün xəbərlər
19 oktyabr 2026, 16:55

18 yaşlı astaralı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
19 oktyabr 2026, 16:20

Azərbaycanda xərçəng xəstəliyinə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Kriminal
19 oktyabr 2026, 15:45

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Bütün xəbərlər
19 oktyabr 2026, 15:10

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkarlandı

Bütün xəbərlər
19 oktyabr 2026, 14:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
19 oktyabr 2026, 14:00

Lənkəran Dövlət Universitetində 49 min manatlıq layihə hazırlanacaq

Oxşar xəbərlər