Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Lənkəran Rayon Komitəsinin hesabat-seçki konfransı təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 aprel tarixində verir.
Konfrans Lənkəran şəhər Mədəniyyət Mərkəzində baş tutub. Burada Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi, aparat rəhbəri Zaur Həmidov və MİHİ Masallı RK-nın sədri Vəkil İsmayılov iştirak ediblər.
Görüşdə MİHİ Lənkəran RK-nın sədri A.Salayevin 2017-2024-cü ilədək olan dövr üçün hesabat-məruzəsi dinlənilib. Daha sonra təftiş komissiyasının sədri hesabat verib. Prosedura uyğun olaraq, rayon komitəsinin və təftiş komissiyasının yeni tərkibi səsvermə yolu ilə seçilib.
Səsvermədən sonra MİHİ Lənkəran Rayon Komitəsinə Sədr seçilməsi təklif olunub.
Belə ki, A.Salayev növbəti müddətə Lənkəran RK-nın sədri seçilib.