top
Məleykə Abbaszadə magistraturada yerlərin boş qalma səbəbini açıqladı
02 sentyabr 2026, 16:06
- ↺ +

Məleykə Abbaszadə magistraturada yerlərin boş qalma səbəbini açıqladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə magistraturada boş qalan yerlərlə bağlı danışıb.

M.Abbaszadə bildirib:

"Ötən günlərdə ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri elan edildi.
Əlavə yerləşdirmədə iştirak etmək üçün 1457 bakalavr müraciət edib və onlardan 508 nəfər magistraturaya qəbul olunub. Qəbul olunanların 82 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq.
Beləliklə, əsas və əlavə yerləşdirmənin nəticələrinə görə, bu il magistraturaya ümumilikdə 13 516 nəfər qəbul olunub. Onlardan 6579 nəfər dövlət sifarişi əsasında təhsil alacaq.

Bu rəqəmlərə yalnız ümumi qəbul göstəricisi kimi deyil, ayrı-ayrı proqramlar üzrə formalaşan müsabiqə vəziyyəti baxımından da nəzər salmaq maraqlıdır.

Bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti fərqli olub.

Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis və aerokosmik mühəndislik istiqamətlərinə uyğun olan 4, 8, 21, 52, 55, 57 və 60 saylı proqramlar üzrə ayrılmış plan yerləri 100% dolub. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, bəzi proqramlarda plan yerlərinin sayı az olduğundan onların tam dolacağı əvvəlcədən gözlənilən idi.

Digər tərəfdən, mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, səhiyyə, biotexnologiya və incəsənət sahələrinə aid 29, 41, 43, 45, 47, 59, 66, 69 və 70 saylı proqramlarda ayrılmış yerlərin 50%-i və ya daha çoxu boş qalıb.

Burada vacib bir məqamı xüsusi vurğulamaq istəyirəm. Ali təhsil müəssisələri üzrə qəbul planı ölkənin müvafiq sahələr üzrə mövcud və perspektiv kadr tələbatı nəzərə alınmaqla müəyyən edilir və Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Buna görə də hər hansı proqram üzrə plan yerlərinin boş qalmasını həmin ixtisasa və ya sahəyə ölkədə ehtiyacın olmaması kimi qiymətləndirmək doğru olmaz.

Eyni zamanda, boş yerlərin qalması yalnız bakalavrların seçimləri ilə də bağlı deyil. Bəzi proqramlar üzrə imtahan nəticələrinə əsasən ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı elə əvvəldən ayrılmış plan yerlərinin sayından az idi. Buna görə həmin proqramlarda qəbul planının tam dolmayacağı müsabiqədən əvvəl də bəlli idi.

Bu mənada magistraturaya qəbulun nəticələrini təhlil edərkən yalnız neçə plan yerinin dolduğuna deyil, həmin sahə üzrə müəyyən edilmiş kadr tələbatına, ayrılmış plan yerlərinin sayına və müsabiqədə iştirak etmək hüququ qazanan bakalavrların sayına birlikdə baxmaq daha düzgün mənzərə yaradır. Müqayisə üçün ötən ilin imtahan nəticələrinin təhlilinə də nəzər salmaq olar. "Abituriyent" jurnalının ötən ilin nəticələrinə həsr olunmuş 12-ci nömrəsində (səh. 350) təqdim edilən göstəricilər göstərir ki, proqramlar üzrə formalaşmış vəziyyət ümumilikdə bu ilin nəticələri ilə bənzərlik təşkil edir.

Fürsətdən istifadə edərək təhsil sahəsi üzrə mütəxəssislərə və qəbul nəticələrini təhlil edən şəxslərə də bir tövsiyə vermək istərdim. Bu il keçirilən imtahanların nəticələrinin daha ətraflı və müqayisəli təhlili ilə tanış olmaq üçün nəşr olunacaq "Abituriyent" jurnalının 12-ci nömrəsinə nəzər salmağı tövsiyə edirəm. Jurnalda təqdim olunan statistik məlumatlar və təhlillər qəbul prosesində formalaşan tendensiyaları daha dəqiq qiymətləndirmək və əsaslandırılmış nəticələr çıxarmaq üçün faydalı mənbədir.

Magistraturaya qəbul olunan bütün bakalavrları təbrik edirəm. Ümid edirəm ki, magistratura təhsili sizin üçün sadəcə növbəti diplom deyil, seçdiyiniz sahədə biliklərinizi dərinləşdirmək, yeni bacarıqlar qazanmaq və peşəkar istiqamətinizi daha dəqiq müəyyənləşdirmək üçün faydalı bir mərhələ olacaq.

Sonda qəbul olunanlara vacib bir xatırlatma: magistraturaların boş qalan plan yerlərinə qəbul olmuş şəxslər 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək elektron qaydada my.gov.az platformasında qeydiyyatdan keçməlidirlər".

Mənbə: Unikal az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:32

Azərbaycanda yeni dələduzluq üsulu: Süni intellektlə yaxınlarının səsini təqlid edirlər

Kriminal
Bu gün, 16:20

Lənkəranda oğul paltaryuyan maşına görə anasını döydü

Bütün xəbərlər
Bu gün, 15:40

Lənkəranın yetişdirdiyi sənər adamları

Bütün xəbərlər
Bu gün, 15:00

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Bütün xəbərlər
Bu gün, 14:15

Lənkəran çayının sahili zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Bu gün, 13:30

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:20

Lerikli şəhidimizin ad günüdür

Kriminal
Bu gün, 11:45

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Kriminal
Bu gün, 11:07

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

İdman
Bu gün, 10:30

Lənkəranlı idmançı ABŞ-də rəqibini nokaut etdi

Bütün xəbərlər
Bu gün, 09:57

Biləsuvarda qəza baş verib – ölən var

Bütün xəbərlər
Bu gün, 09:21

Astarada kişi pilləkəndən yıxılaraq ölüb

Siyasət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Siyasət
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Bütün xəbərlər
Dünən, 17:54

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi

Kriminal
Dünən, 17:30

Şantajda təqsirləndirilən iki sayt rəhbəri ilə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 16:55

18 yaşlı astaralı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:20

Azərbaycanda xərçəng xəstəliyinə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Kriminal
Dünən, 15:45

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:10

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkarlandı

Bütün xəbərlər
Dünən, 14:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:00

Lənkəran Dövlət Universitetində 49 min manatlıq layihə hazırlanacaq

Bütün xəbərlər
Dünən, 13:20

FHN: Ötən həftə 149 yanğına çıxış olub, 31 nəfər xilas edilib

Oxşar xəbərlər