Astara Heydər Əliyev Mərkəzində 22 İyul – Milli Mətbuat Günü ilə əlaqədar “Mətbuat cəmiyyətin güzgüsüdür!” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyul tarixində verir.
Tədbirdə milli mətbuatın tarixindən, Həsən bəy Zərdabi və onun yaratdığı “Əkinçi” qəzetinin müstəsna rolu və əhəmiyyətindən danışılıb.
Sonda iştirakçılar Astara Dövlət Rəsm Qalereyasının “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Qeyd edək ki, tədbir YAP Astara rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin, Astara Dövlət Rəsm Qaleriyasının və Astara şəhər C.Babayev adına 3 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.