Masallı rayonunun Yeyənkənd kəndi ərazisində yağış sularının, kanalizasiya və digər çirkli suların axıdılması üçün nəzərdə tutulmuş su kanalının ətrafı zibilliyə çevrilib. Bununla bağlı sakinlər bu gün, 24 mart tarixində Cenublu.az-a müraciət ediblər.
Kəndin mərkəzi ilə keçən kanalın zibillənməsi sakinlər üçün müxtəlif xəstəliklərə yol açır. Kanalın yanından keçən yol gediş-gəlişlidir və buradan, həmçinin şagirdlər məktəbə getmək üçün də istifadə edirlər və kanaldan gələn pis qoxu onları narahat edir.
Sakinlər aidiyyəti qurumların tezliklə məsələni həll edəcəyinə ümid edirlər.