Masallı rayonunun Ərkivan qəsəbəsində xeyriyyə aksiyası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyun tarixində Ərkivan Xeyriyyə Cəmiyyətinə istinadən verir.
Qurban bayramı münasibətilə keçirilən aksiya 15 iyun saat 18:00-da Ərkivan Şəhidlər parkını ziyarətlə başlayacaq. Xeyriyyə Cəmiyyətinin təşkil etdiyi bayram tədbiri "Zeynoba mərasim evi"ndə davam edəcək.
Hər kəs Qurban bayramı aksiyasına dəvət olunur.