Dövlət İmtahan Mərkəzi tərəfindən 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 aprel tarixində verir.
Belə ki, Masallı rayonu Şərəfə kənd tam orta məktəbinin şagirdi Rzayeva Ceyran Anar qızı və Masallı şəhər 3 saylı tam orta məktəbinin şagirdi Əsədullayev Amin Arif oğlu imtahanda maksimum nəticə göstərərək 300 bal toplayıblar.
Qeyd edək ki, Ceyran Rzayeva gələcəkdə hüquqşünas, Amin Əsədullayev isə kompüter mühəndisliyi ixtisası üzrə ali təhsil almaq fikrindədir.