Masallı rayon Mərkəzi Kitabxanasının ərazisində ağacəkmə aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində verir.
Tədbir çərçivəsində kitabxana işçiləri tərəfindən mərkəzin həyətində müxtəlif növ yeni agaclar əkilib, digər ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyaya Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Salman Yunusov da cəlb edilib.