Masallı rayonunda ümumi sahəsi 70 kv.m olan evdə yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 16 sentyabr tarixində Cenublu.az FHN-yə istinadən xəbər verir.
Hadisə rayonun Xırmandalı kəndində baş verib. Evin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Yanğın yerinə FHN-in əməkdaşları cəlb olunublar.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.