Masallıda evdə yanğın olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 dekabr tarixndə verir.
Yanğın hadisəsi rayonun Ərkivan qəsəbəsindəki evdə baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 220 kv.m olan evin 15 kv.m hissəsi yanıb. Xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.