Masallı rayonunun Miyanku kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 mart tarixində verir.
Ümumi sahəsi 120 kv.m olan tövlənin yanar konstruksiyaları 100 kv.m sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 2 tonu alovlanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Tikintinin və ot bağlamalarının qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.