Masallı rayonunun Qasımlı kəndində yanğın qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 mart tarixində verir.
Ümumi sahəsi 70 kv.m olan tövlənin yanar konstruksiyaları 60 kv.m sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə edilib. Alov söndürülüb.