Masallı rayon Mərkəzi Kitabxanasında Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü ilə bağlı “Vətənin sərhədləri etibarlı əllərdədir” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 avqust tarixində verir.
Çıxışlar zamanı qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il avqustun 18-inin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilməsi Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürüdür.