Masallı rayon Mədəniyyət Mərkəzində “Tərəqqi” medallı Vəkil İsmailovla görüş baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 fevral tarixində verir.
Tədbir çərçivəsində Vəkil İsmailov mədəniyyət sahəsindəki xidmətlərinə görə “Təşəkkürnamə” ilə təltif edilib.
Görüşdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, rəis müavini Dadaş Muxtarlı və mərkəzin şəbəkəsinə daxil olan müəssisələrin əməkdaşları iştirak ediblər.
Tədbir Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil edilib.
68 yaşlı İsmailov Vəkil Əli oğlu 1978-ci ildən mədəniyyət sahəsində əmək fəaliyyətinə başlayıb. 1999-cu ildən rayon mədəniyyət evinin, 2012-ci ildən isə struktur dəyişikliyi ilə əlaqədar Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, 2023-cü ildə ölkədə həmkarlar hərəkatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 5 fevral 2024-cü il tarixdə Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru İsmailov Vəkil Əli oğlunun əmək müqaviləsinə xitam verilib.