Masallıdakı "Rahat” marketinin qarşısında “Tullantıları ekoçantaya dəyiş” aksiyası baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində verir.
Aksiya zamanı sakinlər plastik və şüşə tullantılar və işlənmiş batareyalar əvəzində ekoçanta əldə ediblər.
Aksiyalar yaxın günlərdə digər regionlarda da davam edəcək.
Qeyd edək ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Rahat” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Növbəti aksiyaların keçiriləcəyi ərazi və vaxt barədə məlumat öncədən nazirliyin rəsmi saytında və sosial şəbəkə hesablarında paylaşılacaq.