Masallı rayonunda yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 avqust tarixində verir.
Hadisə rayonun Həsənli kəndində qeydə alınıb. Ümumi sahəsi 180 kv.m olan tövlənin yanar konstruksiyaları 60 kv.m sahədə, çardağına yığılan 20 ton ot bağlamasının 6 tonu və içərisinə yığılan 2 ton arpa, 500 kiloqram buğda yanıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə etmək mümkün olub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.