Masallı rayonunda fermerlər sahələrdən bol məhsul əldə ediblər, lakin məhsulu alan yoxdur. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində XəzərXəbərə istinadən verir.
Sərçuvar və Viləş kəndlərinin fermerləri bildiriblər: “Hazırda pomidorun 30 kiloqramlıq yeşiyi üç manata satılır. Kiloqramını 10 qəpiyə satsaq da, alan yoxdur”.
Onların sözlərinə görə, havaların qeyri-sabit keçdiyi vaxtlarda yağıntının çox olması da pomidora xeyli ziyan vurub.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi məsələ ilə bağlı bildirib ki, problemin yaranmasına əsas səbəb rayon ərazisində saxlama kameralarının və kombinatın olmamasıdır.
Qeyd edilib ki, 2023-cü ildə rayonda 535 hektar ərazidə pomidor əkilib. Bu da keçən ilə nisbətən 10,5 hektar çoxdur.