Masallı rayonunda meşə əraziləri təmizlənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyul tarixində bildirir.
Təmizlik aksiyası 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Masallı meşəbəyliyinin ərazisində keçirilib.
Aksiya zamanı Meşələrin İnkişafı Xidmətinin rəsmiləri, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və vətəndaşlar meşə ərazilərini məişət tullantılarından təmizləyiblər.