Masallı rayonunda talvarın yanar konstruksiyaları yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 iyul tarixində verir.
Hadisə Köcəkli kəndində baş verib. Ümumi sahəsi 90 kv.m olan talvarın yanar konstruksiyaları 40 kv.m sahədə və altına yığılan 15 ton ot bağlamasının 8 tonu yanıb.
Talvarın və ot bağlamalarının qalan hissəsini yanğından mühafizə etmək mümkün olub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.