Masallı Regional Taekvondo Mərkəzində Masallı, Lənkəran, Qafqaz, Modern və Qafqaz Zirə Taekvondo klublarının birgə təlim məşq toplanışı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 avqust tarixində verir.
Keçirilmiş məşqlərin məqsədi taekvondo idman növünə marağın artırılması, idmançılar arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də sağlam həyat tərzinin təbliğidir.
Qeyd edək ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Beynəlxalq Gənclər Günü münasibətilə keçirilən nümunəvi çıxışlarda 100-dən çox idmançı iştirak edib.