Masallı rayonunda, Yeni Azərbaycan Partiyasının inzibati binasında seçicilərlə ənənəvi qəbul-görüş baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 iyul tarixində Milli Məclisinin VI çağırış deputatı Məşhur Məmmədovun Facebook sehifəsinə istinadən verir.
Qəbulda müxtəlif kəndlərdən 14 seçici iştirak edib. Seçicilər dinlənilib, bəzi problemlər yerində həll edilib. Qurumlarla əlaqəli xahişlərin həlli üçün köməkçilər qeydiyyat aparıblar, müvafiq prosedurlar izah edilib. Bəzi məsələlərin həllinə daha tez nail olmaq və səslənən problemlərlə əhatəli tanış olmaq üçün görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edib.