Masallıda Vətən müharibəsi şəhidi Zahir Nəcəfovun doğum günü ilə əlaqədar “Vətən qəhrəmanları ilə öyünür” adlı tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 mart tarixində verir.
Görüş Mərkəzi Kitabxanada keçirilib. Tədbir zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə çıxış edən kitabxana əməkdaşları şəhid Zahir Nəcəfovun həyat və mübarizə yolu haqqında məlumat veriblər.